Türkiyə çempionu “Başakşəhər”in bir futbolçusunda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İstanbul klubundan verilən məlumata görə, “Fənərbaxça” ilə oyundan öncə COVİD-19 testi götürülmüş futbolçulardan birinin koronavirusa yoluxduğu müəyyənləşib. Adı açıqlanmayan həmin futbolçu karantinə alınıb.

Qeyd edək ki, “Başakşəhər” dekabrın 23-də Super Liqanın 14-cü turu çərçivəsində səfərdə “Fənərbaxça” ilə qarşılaşacaq.