“Fənərbaxça” TFF-ni məhkəməyə verdi
- 23 Avq 2021 17:30
- 544
“Fənərbaxça” klubu Türkiyə Futbol Federasiyasını (TFF) məhkəməyə verib. Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi 2010/2011 mövsümündən sonra yaşananlara bağlı təzminat tələb edir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Fənərbaxça” federasiyadan 250 milyon TL (50 milyon manatdan çox) təzminat ödənilməsini istəyir.
“Fənərbaxça” 2010/2011 mövsümündə Türkiyə Super Liqasının qalibi olub. İstanbul klubu danışılmış oyunlarda iştirakda ittiham olunduğu üçün həmin mövsüm avrokuboklardan kənarlaşdırılmışdı.