“Fənərbaxça” növbəti transferini həyata keçirib.

Rekord.az xəbər verir ki, İstanbul klubu “Bucaspor”un hücumçusu Barış Sunguru heyətinə qatıb.

Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Fənərbaxça” daha öncə Gökhan Gönül, Caner Erkin, Mert Hakan Yandaş və Filip Novakı transfer etmişdi.