“Fənərbaxça” növbəti transferini rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, İstanbul klubu “Antalyaspor”un sağ cinah müdafiəçisi Nazim Sanqareni transfer edib.

Bu barədə “Fənərbaxça”nın rəsmi saytı məlumat yayıb. Xəbərdə 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Almaniyada anadan olan, lakin 2017-ci ildən formasını geyindiyi “Antalyaspor”dakı performansı ilə hətta Türkiyə millisinə də dəvət almağa başlayıb. Türkiyə mətbuatının yazdığına görə, bu transfer “Fənərbaxça”ya 1 milyon 750 min avroya başa gəlib.

Nazim Sanqare daha öncə “Allemaniya”, “Fortuna”, “Osnabryuk” kimi klublarda da forma geyinib.