![photo](https://www.rekord.az/storage/uploads/5/tadic-1.jpeg)
“Fənərbaxça” yeni transferini rəsmən açıqladı
- 17 İyl 2023 00:11
- 311
“Ayaks”dan ayrılan Duşan Tadiçin “Fənərbaxça”ya keçidi rəsmiləşib.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı forvardla 2 illik müqavilə imzalandığını açıqlayıb.
Tadiç yeni komandasında ilinə 4,2 milyon avro qazanacaq. O, Türkiyə klubunda 10 nömrəli formanı geyinəcək.
Tadiç 2018-ci ildən “Ayaks”da çıxış edirdi. Təcrübəli futbolçu “Sauthempton”, “Voyvodina”, “Tvente” və “Qroningen”də də oynayıb.