“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu
- 12 Apr 2024 01:26
- 211
Bu gün Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Rekord.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Fənərbaxça” səfərdə Yunanıstan “Olimpiakos”u ilə üz-üzə gəlib. Məhsuldar keçən matçda meydan sahibləri qalib gəliblər.
“Aston Villa” “Lill”i, “Brügge” də PAOK-u məğlub yola salıb. “Viktoriya” (Plzen) - “Fiorentina” matçı isə qolsuz bitib.
1/4 final mərhələsinin cavab görüşləri aprelin 18-də keçiriləcək.
Avropa Konfrans Liqası
1/4 finalın ilk oyunları
11 aprel
“Viktoriya” (Plzen, Çexiya) - “Fiorentina” (İtaliya) 0:0
“Olimpiakos” (Yunanıstan) - “Fənərbaxça” (Türkiyə) 3:2
Qollar: Fortunis, 8. Yovetiç, 32. Çikinyo, 57 – Tadiç, 68-pen. İ.C.Kahveci, 74.
“Aston Villa” (İngiltərə) - “Lill” (Fransa) 2:1
Qollar: Uotkins, 13. Makqin, 56 – Diakite, 84.
“Brügge” (Belçika) – PAOK (Yunanıstan) 1:0
Qol: Vetlesen, 6.