“Fənərbaxça”da ayrılıq - RƏSMİ
- 11 İyn 2020 11:20
- 746
Türkiyənin “Fənərbaxça” klubu legioner futbolçusu Maurisio İsla ilə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə çilili yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, İsla 2017-ci ildən İstanbul təmsilçisində oynayırdı. O, bu mövsüm Super Liqada 19 matçda iştirak edib.