Coşua Kinq “Fənərbaxça”dan ayrılıb.

Rekord.az xəbər verir ki, 32 yaşlı hücumçu sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

İstanbul klubu ilə müqaviləsi başa çatan norveçli futbolçu "Fənərbaxça" və azarkeşlərlə vidalaşıb.

Kinq 2022-ci ilin yayından “Fənərbaxça”da çıxış edirdi. O, bu komandada 54 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə edib.