Türkiyənin "Fənərbaxça" klubunun portuqaliyalı futbolçusu Migel Krespo klubdan ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi 2027-ci ilə qədər "Başakşəhər" komandasının uğurları üçün çalışacaq.

Krespo son olaraq icarə əsasında İspaniyanın "Rayo Valyekano" kollektivində çıxış edib.