"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç zədə səbəbindən 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq.


Rekord.az xəbər verir ki, 30 yaşlı qolkiper Super Liqanın 19-cu turunun "Konyaspor"la matçında zədələnib.


Müayinədən sonra onun sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb.


"Konyaspor" - "Fənərbaxça" qarşılaşması İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.