Türkiyənin “Fənərbaxça” klubu ciddi itkiylə üzləşib.

Rekord.az xəbər verir ki, “bülbüllər”in futbolçusu Mehmet Ekici zədələnib.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Türkiyə Super Liqasının 29-cu turunun “Yeni Malatyaspor”la matçında (3:2) zədələnən 30 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. O, aldığı zədə səbəbindən matçın 76-cı dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.