“Fənərbaxça”da ciddi itki
- 14 İyl 2020 12:43
- 729
“Fənərbaxça” ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Mevlut Erdinç əməliyyat olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sağ dizində ağrılar hiss edən futbolçunun əməliyyatı uğurlu alınıb. Artıq onun müalicə və bərpasına start verilib.
Erdinç bu mövsüm “Fənərbaxça”nın heyətində 12 çempionat oyununa çıxıb. Super Liqada fərqlənə bilməyən futbolçu, kubok görüşlərində 4 qola imza atıb.
“Fənərbaxça” digər zədəli futbolçuları - Tolqay Arslan və Simon Falette barədə də açıqlama yayıb. Bu iki futbolçuda da əzələ problemləri aşkarlanıb. Amma hər iki oyunçunun tezliklə sıraya dönməsi gözlənilir. Xüsusilə Falettenin qarşıdakı “Beşiktaş”la derbi matçına yetişəcəyi bildirilir.