“Fənərbaxça”da daha 2 futbolçu sıradan çıxdı
- 20 Avq 2021 19:31
- 582
Türkiyənin “Fənərbaxça” klubu 2 ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları İrfan Can Kahveci və Filip Novak sıradan çıxıb.
Hər iki oyunçu Avropa Liqasının pley-off mərhələsinin HJK (Finlandiya) ilə ilk matçında (1:0) zədələnib.
Futbolçuların son durumu tibbi müayinədən sonra bilinəcək.
“Fənərbaxça”da daha əvvəl yarımmüdafiəçi Dmitris Pelkas və hücumçu Sərdar Dursun zədələnmişdi.