“Fənərbaxça”da daha bir ayrılıq
- 05 Sen 2020 12:21
- 11442
Türkiyənin “Fənərbaxça” klubu daha bir futbolçu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçisi Tolqay Arslanla vidalaşıb.
30 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
2019-cu ilin yanvarında "Beşiktaş"dan "Fənərbaxça"ya keçən və 3.5+1 illik müqaviləyə imza atan Tolqay, bu komandanın heyətində 33 oyunda meydana çıxıb, 2 məhsuldar ötürmə və 1 qolla yadda qalıb.
Qeyd edək ki, "Fənərbaxça" daha əvvəl Alper Potuk və Mevlüt Erdinclə əməkdaşlığa son qoyub.