![photo](https://www.rekord.az/storage/uploads/4/fener-3.jpg)
“Fənərbaxça”da koronavirusa yoluxma sayı 5-ə çatdı
- 24 Mar 2021 23:30
- 572
Türkiyənin “Fənərbaxça” klubunda daha bir futbolçu koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə son yoluxmalar səbəbindən aparılan mütəmadi testlər nəticəsində daha bir oyunçuda koronavirus aşkarlandığı diqqətə çatdırılıb. Adı açıqlanmayan həmin futbolçu dərhal karantinə alınıb və müalicəsinə start verilib.
Xatırladaq ki, “Fənərbaxça” buna qədər daha dörd futbolçusunun koronavirusa yoluxduğunu açıqlamışdı.