Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni hücumçuyla gücləndirməyə hazırlaşır.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi “Aston Villa”dan Mbvane Samattanı transfer etmək niyyətindədir. 

Bu barədə İstanbul klubunun mətbuat xidməti də rəsmi məlumat yayıb. Xəbərdə “Fənərbaxça”nın 27 yaşlı hücumçunun transferi üçün artıq “Aston Villa” ilə danışıqlara başladığı qeyd olunub. Samattanın “Fənərbaxça”ya keçidi yaxın zamanda rəsmiləşəcək.

2016-cı ildən formasını geyindiyi Belçika “Gent”ində parlayan Samatta, 2020-ci ilin yanvarında 10.5 milyon avro qarşılığında “Aston Villa”ya keçib. Tanzaniyalı hücumçu, bu müddət ərzində Premyer Liqada 16 oyunda 2 qol vurub.

Qeyd edək ki, Samatta, “Fənərbaxça”nın bu yay transfer etdiyi 14-cü futbolçudur. İstanbul klubu ondan öncə Mert Hakan Yandaş, Caner Erkin, Gökhan Gönül, Filip Novak, Mame Tiam, İsmail Yüksek, Barış Sunqur, Sinan Gümüş, Xose Sosa, Maurisio Lemos, Enner Valensia, Marsel Tisserand və Nazım Sanqareni də transfer etmişdi.