“Fənərbaxça”da yeni müqavilə
- 04 Okt 2023 10:00
- 365
“Fənərbaxça” portuqaliyalı yarımmüdafiəçisi Migel Kresponun müqaviləsini yeniləyib.
Rekord.az xəbər verir ki, 27 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025-ci ilin yayına kimi bu klubda qalacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki sözləşmə bu mövsümün sonuna kimi idi.
Krespo 2021-ci ildən formasını geyindiyi “Fənərbaxça”da 67 oyuna 5 qol vurub, 6 assist edib.