Türkiyənin "Fənərbaxça" klubu yarımmüdafiəçisi İrfan Can Kahveci ilə müqavilənin müddətini artırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


29 yaşlı futbolçu İstanbul təmsilçisi ilə 3 illik yeni müqavilə imzalayıb.


Kahveci 2021-ci ildən "Fənərbaxça"nın şərəfini qoruyur.