“Fənərbaxça”dan ayrılan futbolçu Rusiya klubunda
- 23 Fev 2020 11:29
- 768
“Fənərbaxça” ilə yollarını ayıran Adil Rami karyerasını Rusiyada davam etdirəcək.
Rekord.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Soçi” klubuna keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransız müdafiəçinin Premyer Liqa klubuyla imzaladığı müqavilənin detalları məlum deyil. Amma təcrübəli futbolçunun yeni komandasında 23 nömrəli formanı geyinəcəyi açıqlanıb.
DÇ-2018-də Fransa millisinin heyətində qızıl medal qazanan Rami, mövsümün əvvəlində “Fənərbaxça” ilə 1+1 illik müqavilə imzalamışdı. “Lill”, “Valensiya”, “Milan”, “Marsel” və “Sevilya”da da oynamış 34 yaşlı futbolçu, İstanbul təmsilçisində heyətə düşməkdə çətinlik çəkirdi.