
"Fənərbaxça"dan ayrıldı, “Əl-Hilal”la müqavilə bağladı
- 02 İyl 2023 11:20
- 307
Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının yeni baş məşqçisi məlum olub.
Rekord.az xəbər verir ki, bu yay Türkiyənin "Fənərbaxça" klubundan ayrılan portuqaliyalı Jorje Jezuş “Əl-Hilal”la anlaşıb.
Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. Əməkdaşlığın təfərrüatları açıqlanmır.
Portuqaliyalı mütəxəssis məşqçilik karyerası ərzində “Benfika”, “Sportinq”, “Braqa” və “Flamenqo” kimi komandalarda da çalışıb. 68 yaşlı məşqçi artıq 2018/2019 mövsümündə “Əl-Hilal”a rəhbərlik edib. Daha sonra onun rəhbərlik etdiyi Ər-Riyad komandası Səudiyyə Ərəbistanı Super Kubokunu qazana bilib.