“Fənərbaxça”dan ayrıldı, keçmiş klubuna qayıtdı
- 19 Avq 2021 20:00
- 533
Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Sadık Çiftpınarla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sadıkın artıq yeni klubu da bəllidir. Müdafiəçi “Yeni Malatyaspor”la üç illik müqavilə imzalayıb.
2015-2019-cu illər aralığında “Yeni Malatyaspor”da çıxış edən türk müdafiəçi 2019-cu ilin yayından “Fənərbaxça”da idi.