Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Ozan Tufan karyerasını İngiltərədə davam etdirəcək.

Rekord.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi “Uotford”a keçib.

Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. Ozan Tufan 2021/22 mövsümünü icarə əsasında “Uotford”da keçirəcək.

Ozan Türkiyə yığması ilə 63 oyunda 9 qol vurub.