"Fənərbaxça" Joze Mourinyo ilə danışıq aparıldığını rəsmən açıqlayıb.

Rekord.az xəbər verir ki, klubun yaydığı açıqlamada bu barədə bildirilib:

"Joze Mario Dos Santos Mourinyo Felikslə baş məşqçi vəzifəsi üçün danışıqlara başlanılıb".

Türkiyə mətbuatı portuqlaiyalı mütəxəssislə 2 illik müqavilə imzalandığını yazıb. Mourinyio bu vəzifədə istefaya göndərilən İsmayıl Kartalı əvəzləyəcək.

Son iş yeri "Roma" olan titullu mütəxəssis "Benfika", "Portu", "İnter", "Çelsi", "Real", "Mançester Yunayted" və "Tottenhem"i də çalışdırıb.