“Fənərbaxça” gənc yarımmüdafiəçisi Serhat Ahmetoğlu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, 18 yaşlı futbolçu Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük” klubuna icarəyə verilib.

Bu barədə Serhat Ahmetoğlunun yeni klubu məlumat yayıb. Onunla imzalanmış müqavilənin müddəti və digər detalları isə açıqlanmayıb.

“Fənərbaxça”nın öz yetirməsi olan Serhat Ahmetoğlu Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarının da formasını geyinir.