Türkiyənin “Fənərbaxça” klubu koronavirus pandemiyası səbəbiylə dayandırdığı məşqlərini bərpa edib.

Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun futbolçuları 45 gün sonra bazada toplaşaraq, yüngül məşq ediblər.

Bazaya fərqli vaxtlarda gələn futbolçuların 4 nəfərlik qruplara ayrılaraq, məşq etdiyi bildirilib.

Daha əvvəl Türkiyənin digər klubları – “Kasımpaşa”, “Qaziantep”, “Göztəpə”nin də məşqlərə başladığı açıqlanmışdı.