“Fənərbaxça”nın baş katibi koronavirusa yoluxdu
- 16 May 2020 11:20
- 608
Türkiyənin “Fənərbaxça” klubunun baş katibi Burak Kızılhan koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə klub rəsmisi özü məlumat verib.
Onun ciyərlərində virus aşkarlanıb. Kızılhanın müalicəsinə başlanılıb və 14 günlük karantin müddətinin bir həftəsi başa çatıb.
Qeyd edək ki, "Fənərbaxça" daha öncə klubun iki üzvündə virus aşkarlandığı xəbərini yaymışdı. Lakin Burak Kızılhanın klub rəhbərliyinə verdiyi raportda bildirib ki, martın 20-dən bəri “Fənərbaxça”da özü də daxil olmaqla 11 yoluxma halı qeydə alınıb.