“Fənərbaxça”nın forvardı ilin futbolçusu seçildi
- 21 Dek 2019 13:23
- 747
Kosovoda 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu ada sözügedən ölkənin milli komandasının və Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Vedat Muriqi layiq görülüb.
25 yaşlı futbolçu Kosovo Futbol Federasiyası tərəfindən hər il təşkil olunan sorğuda ən yaxşı seçilib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Muriqi bu ilin yayından “Fənərbaxça”da çıxış edir. O, 2019-cu ilin ilk yarısını Türkiyənin digər təmsilçisi “Rizəspor”da keçirib.