“Fənərbaxça"nın futbolçusu əməliyyat olundu
- 25 Okt 2023 18:20
- 332
Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Sərdar Əziz əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı müdafiəçi sol diz biləyindən cərrahi müdaxiləyə ehtiyac duyub.
Əməliyyat Almaniyanın Münhen şəhərində gerçəkləşib.
Xatırladaq ki, Sərdar Əziz 2019-cu ildən "Fənərbaxça"nın formasını geyinir.