![photo](https://www.rekord.az/storage/uploads/5/6618c7f8-4763-3442-961e-c6b6291317ea-850.jpg)
"Fənərbaxça"nın futbolçusu rəsmən "Real”da!
- 06 İyl 2023 19:30
- 289
Türkiyənin "Fənərbaxça" klubunun gənc futbolçusu Arda Güler İspaniya nəhəngi "Real”a (Madrid) transfer olunub.
Rekord.az xəbər verir ki, bu barədə Madrid klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
İddiaya görə, madridlilər gənc oyunçu üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək. Həmçinin, əlavə 10 milyon avro bonuslar şəklində "Fənərbaxça"nın hesabına köçürüləcək. Bundan başqa, "bülbüllər" futbolçunun növbəti satışından 20 faiz pay alacaq.
Yarımmüdafiəçi bu gün xüsusi təyyara ilə İspaniyaya yola düşüb. Onunla 6 illik müqavilə imzalanıb.
"Kral klubu" iyulun 7-də 18 yaşlı yarımmüdafiəçinin təqdimat mərasiminin və mətbuat konfransının keçiriləcəyini bildirib.
Qeyd edək ki, "Gənclərbirliyi" komandasının yetirməsi olan Arda Güler 2019-cu ildən "Fənərbaxça"da çıxış edirdi.