Türkiyənin “Fənərbaxça” klubu ciddi itkiylə üzləşib.

Rekord.az xəbər verir ki, “bülbüllər”in müdafiəçisi Sadık Çiftpınar zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə, Türkiyə Super Liqasının 15-ci turunun “Sivasspor”la matçında (1:3) zədələnən 26 yaşlı müdafiəçinin mövsümün geridə qalan hissəsində forma geyinə bilməyəcəyi bildirilib.