![photo](https://www.rekord.az/storage/uploads/5/185596-mdvyujnaax.jpg)
“Ferentsvaroş” Çerçesovu istefaya göndərdi
- 20 İyl 2023 14:34
- 267
“Ferentsvaroş” baş məşqçisi Stanislav Çerçesovu istefaya göndərib.
Rekord.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Qeyd edək ki, Budapeşt təmsilçisi Çempionlar Liqasının birinci təsnifat mərhələsində Farer adalarının “Klaksvik” komandasına öz meydanında sensasiyalı şəkildə uduzaraq (0:3, ilk oyun 0:0) yarışda mübarizəni dayandırıb.
Oyundan sonra klub rəhbərliyi Çerçesovla görüş keçirib və onunla müqaviləni ləğv etmək qərarı verib.
Xatırladaq ki, rusiyalı mütəxəssis 2021-ci ilin dekabrından “Ferentsvaroş”a başçılıq edirdi. Ötən mövsüm onun rəhbərliyi altında macarlar “Qarabağ”a Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində uduzaraq mübarizədən kənarda qalmışdı.