Çexiyanın “Viktoriya” (Jijkov) klubu növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, Azərbaycan U-21 yığmasının hücumçusu Fərid Nəbiyevin çıxış etdiyi Jijkov təmsilçisi digər Çexiya klubu “Vısotsina” ilə üz-üzə gəlib.

Beş qolun qeydə alındığı matç “Viktoriya”nın qələbəsiylə başa çatıb – 3:2.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana daxil olub. Komandasının ilk qolunu da azərbaycanlı futbolçu vurub.