Fərid Nəbiyev üçün 45 dəqiqə və 1 xal
- 05 Dek 2020 20:30
- 617
Futbol üzrə Çexiya 2-ci divizionunda 12-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Jihlava” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.
12 turdan sonra 19 xala malik “Viktoriya” 6-cı pillədə qərarlaşıb.