Fərid Nəbiyevli “Viktoriya” 5 cavabsız qola üzüldü
- 11 İyn 2020 21:28
- 759
Futbol üzrə Çexiya 2-ci divizionunda 22-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Hradeç Kralove” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:5.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 23-cü dəqiqədə əvəzlənib. Buna onun komandasının 22 dəqiqəyə 3 qol buraxması səbəb olub. Məşqçilər korpusu 23-cü dəqiqədə birdən-birə iki əvəzləməyə əl atıblar ki, meydanı erkən tərk edənlərdən biri də məhz Nəbiyev olub. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.
“Viktoriya” hazırda 38 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.