Futbol üzrə Çexiya 2-ci divizionunda 17-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da ikinci dövrədə ilk matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Praqa “Dukla”sı ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 5:2.

Fərid də bu görüşün iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana buraxılıb. “Viktoriya”ya bu qış transfer olunan azərbaycanlı hücumçu yeni komandasında rəsmən debüt edib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.

“Viktoriya” hazırda 29 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.