Gənclər və idman naziri Fərid Qayıbov Avropa Badminton Konfederasiyasının prezidenti Sven Serreni qəbul edib.


Rekord.az xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.


Görüş zamanı Azərbaycanda badmintonun inkişafı istiqamətində görülən işlər, hazırkı vəziyyəti, qarşılıqlı əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.


Görüşdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov da iştirak edib.