Fərid Qayıbov ABŞ-dan olan məşqçilərlə görüşdü
- 28 Sen 2022 18:30
- 475
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan ABŞ-ın güləş üzrə məşqçiləri Con Smit və Salli Robertsi qəbul edib.
Rekord.az xəbər verir ki, nazir qonaqları salamlayıb və ölkədə keçirəcəkləri görüşlərin faydalı olacağına inandığını bildirib.
Səmimi qəbula görə təşəkkür edən mütəxəssislər Azərbaycan idmanı ilə yaxından maraqlandıqlarını və idmançıların uğurları barədə məlumatlı olduqlarını vurğulayıblar.
Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, ABŞ-ın Azərbaycandakı səfirliyinin məsul əməkdaşı Fərqani Əliyev də iştirak edib.
Con Smit 1987-1992-ci illərdə ardıcıl 6 dəfə sərbəst güləş üzrə dünya çempionu olub. O, 1988-ci ildə Seul, 1992-ci ildə isə Barselona olimpiadasında qızıl medal qazanıb. Sabiq qadın güləşçi Salli Roberts 2003 və 2005-ci illərdə dünya çempionatlarında bürünc medala yiyələnib.