Fərid Qayıbov boksçularla görüşdü
- 31 Mar 2022 12:21
- 568
Gənclər və idman naziri Fərid Qayıbov martın 30-da bu yaxınlarda Xorvatiyanın Poreç şəhərində keçirilmiş 22 yaşadək boksçular arasında Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan idmançılarını qəbul edib.
Rekord.az xəbər verir ki, komandamız Avropa çempionatında oğlanlar arasında ümumi hesabda 2 qızıl, 1 gümüş, 1 bürünc medalla 39 ölkə arasında 4-cü yeri tutub. Nicat Hüseynov (51 kq) Avropa çempionu olub. Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) isə bürünc medal qazanıblar.
Görüşdə boksçuları qitə çempionatında uğurlu çıxışları münasibətilə təbrik edən Fərid Qayıbov onlara növbəti yarışlarda uğurlar arzulayıb.