![photo](https://www.rekord.az/storage/news/2025_02_05/2c229dcd_5517_3d49_a0dc_396a9510c95d_1738779951.jpg)
Fərid Qayıbov fərqlənən idmançılar və məşqçilərlə görüşüb
- 05 Fev 2025 22:40
- 38
Gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarında ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Rekord.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Tədbirin əvvəlində bir sıra idman mütəxəssiləri təltif edilib. Ardınca nazir Fərid Qayıbov idmançıları salamlayıb və onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib. Sonra Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Ağırlıqqaldırma, atletika, bədii gimnastika, batut gimnastikası, qadın idman gimnastikası, üzgüçülük, taekvondo, kəmər güləşi, qazaq güləşi, alpaqut, kikboksinq, kapoeyra, MMA idman növləri üzrə idmançılar çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.
Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.