Gənclər və idman naziri Fərid Qayıbov dekabrın 9-da İsmayıllı və Ağsu rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Rekord.az xəbər verir ki, qəbuldan öncə Ağsu şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Ağsu şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.