Fərid Qayıbovun gimnastika ilə bağlı təəssüfü
- 07 Sen 2022 17:30
- 432
“Təəssüf ki, gimnastika 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək 3-cü Avropa Oyunlarının proqramından çıxarıldı".
Rekord.az xəbər verir ki, bunu gənclər və idman naziri, Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov EG-nin rəsmi saytındakı şəxsi bloqunda yazıb.
3-cü Avropa Oyunları gələn il 9-25 iyunda keçiriləcək. O, 2015-ci ildə Bakıda, 4 il sonra isə Belarusun paytaxtı Minskdə təşkil olunmuş analoji yarışda bu idman növü üzrə 6 hərəkətin proqrama salındığını xatırladıb:
"Hamımız bilirik ki, gimnastika müxtəlif elementləri özündə birləşdirən ən populyar olimpiya idman növlərindən biridir. Ümid edirik ki, Avropa Olimpiya Komitələri və gələcək təşkilatçılar gimnastikanın daha orijinal və populyar olması üçün bu idman növünün Avropa Oyunlarının proqramına qaytarılması məsələsini nəzərdən keçirəcəklər".