“Yuventus”un və İspaniya milli komandasının sabiq üzvü Fernando Lyorentenin yeni klubu məlum olub.

Rekord.az xəbər verir ki, 36 yaşlı hücumçu “Eybar”la müqavilə imzalayıb.

Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Lyorente ilə müqavilə 2022-ci ilin sonuna qədər nəzərdə tutulub.

Lyorente karyerası ərzində daha əvvəl İspaniyada “Sevilya”, “Atletik”, İngiltərədə “Tottenhem”, İtaliyada “Yuventus”, “Napoli” kimi klublarda çıxış edib.