Fernando Santos: “Azərbaycan millisinə daha çox qol vura bilərdik”
- 07 Sen 2021 22:45
- 639
Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, Bakıda 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Bu gün kifayət qədər qol imkanı yaratdıq. Azərbaycan millisinə daha çox qol vura bilərdik. Sadəcə, dəqiqlik çatmadı. Əks halda, hər şey daha fərqli ola bilərdi.
Oyun bizim üçün uğurlu alındı. Matçın müəyyən hissəsində bəzi şeylər bizim üçün yaxşı getmədi. Bununla belə, düşünülmüş hücumlar qurub, qollar vurduğumuzu düşünürəm. Çox yaxşı kollektivimiz var.
Mən Canni De Byazinin yox, futbol federasiyasının sayəsində baş məşqçi olmuşam. Portu şərabı ilə bağlı məlumatım yoxdur. Amma təşkil edə bilərəm. Yenə deyirəm, çox yaxşı baş məşqçiniz var.
İlk oyunla müqayisədə, bu dəfə Azərbaycan millisinə erkən qollar vurduq. Rəqib bizimlə ilk matçdan fərqli, bu dəfə 4-3-3 sxemi ilə oynadı. Düşünürəm ki, əsas fərq bunda idi”.