Fernando Santos: “Ronaldonun Azərbaycana getməsinin mənası yoxdur”
- 02 Sen 2021 16:30
- 575
Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos komandanın ulduz futbolçusu Kristiano Ronaldonun Azərbaycanla səfər oyununa aparılmayacağını bəyan edib.
Rekord.az xəbər verir ki, o, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyanı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Ronaldonun bizimlə gedim-getməyəcəyinə qərar verəcəyik. 24, 25 oyunçumuz var. Ronaldo Azərbaycana səfər etməyəcək, bunun mənası yoxdur. Qətərlə yoxlama oyunu üçün Macarıstana 3 saatlıq səfərimiz olacaq. Qarşılaşmadan sonra isə 3.5 saata Azərbaycana çatacağıq".
Sentyabrın 4-də Qətərlə qarşılaşacaq Portuqaliya seçməsi sentyabrın 7-də Azərbaycan millisinin qonağı olacaq. Ronaldo İrlandiya ilə oyunda aldığı sarı vərəqə səbəbindən cəzalı duruma düşüb və Azərbaycan yığması ilə matçı buraxacaq.