Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış oldu
- 14 İyn 2024 11:00
- 158
Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 69 yaşlı portuqaliyalı mütəxəssis bu məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkib.
Baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.