“Ferrari”nin 2020-ci il üçün ilkin görüntüsü dərc olundu
- 27 Dek 2019 13:23
- 741
"Formula 1" üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandasının bolidinin 2020-ci ildəki ilkin görüntüsü dərc olunub.
Rekord.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu bolidin qaralama versiyasıdır.
Yeni boliddə əvvəlkinə nisbətən dəyişikliklər olub. Bu konfiqurasiyada ön hissədə üçüncü hidravlik element meydana çıxıb. Bolidin ön qanadı bir az daha yüksək olub.
Yeni dizaynda silindr başlarından da istifadə ediləcəyi vurğulanıb. Yanma kameraları, ERS konfiqurasiyası və proqram təminatı da dəyişdiriləcək.
Qeyd edək ki, "Ferrari"nin yeni bolidinin rəsmi təqdimatı fevralın 11-nə planlaşdırılıb. Bu komanda "Formula 1" üzrə dünya çempionatında Konstruktorlar Kubokunun qalibi olub.