![photo](https://www.rekord.az/storage/uploads/5/ferrux-mahmudov-mutu.jpg)
Fərrux Mahmudov “Jelezniçar”la matçdan öncə komanda ilə görüşdü
- 27 İyl 2023 01:21
- 413
“Neftçi” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə oyunöncəsi son məşqə çıxıb.
Rekord.az xəbər verir ki, Sarayevo şəhərindəki “Qrbavitsa” stadionunda keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Hazırlıq prosesindən əvvəl “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov komandanın üzvləri ilə görüşüb. Klub rəhbəri komandaya sabahkı oyunda inandığını bildirib və uğurlar arzulayıb.
İyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.