“Feyenoord”un yeni baş məşqçisi məlum oldu
- 30 Okt 2019 16:22
- 885
Hollandiyanın “Feyenoord” klubunun yeni baş məşqçisi məlum olub.
Rekord.az xəbər verir ki, Erediviziya təmsilçisinin “sükan”ı Dik Advokata tapşırılacaq. Bu barədə Hollandiya mətbuatı məlumat yayıb. Xəbərdə, 72 yaşlı mütəxəssisin mövsümün sonuna qədər “Feyenoord”a rəhbərlik edəcəyi bildirilir.
“Feyenoord” bu mövsümün əvvəlində də baş məşqçilik üçün Advokata təklif göndərmiş, ancaq rədd cavabı almışdı.
“Feyenoord”da bir müddət əvvəl baş məşqçi Yap Stam istefa vermişdi.
Məşqçi karyerası ərzində PSV, “Zenit”, “Fənərbaxça”, Münhenqladbax “Borussiya”sı kimi klublarda çalışan Advokat, Serbiya, Rusiya, Hollandiya, Belçika millilərinə də rəhbərlik edib.