Məlum olduğu kimi, bu mövsüm də Gəncə şəhər stadionuna azarkeşlərin girişinə məhdudiyyət qoyulub. Belə ki, maksimum 3 min azarkeş "Kəpəz"in ev oyunlarına buraxıla bilər. Səbəb isə təbii ki, stadionun istismar müddətini başa vurması və qəzalı vəziyyətdə olmasıdır. 

Rekord.az-a daxil olan məlumata görə, mövsüm öncə arenaya Fövqəladə Hallar Nazirliyi (FHN) ətraflı baxış keçirib və ümumilikdə 27 nöqsan aşkarlayıb.

Həmin nöqsanlar tribuna və projektorlardan tutmuş, soyunub-geyinmə otaqları və komunal xidmətlərə qədər bir çox sahəni əhatə edib.