 
        FIBA Rusiya yığmalarını və klublarını yarışlardan kənarlaşdırdı
- 01 Mar 2022 20:20
- 926
Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya yığmalarını və klublarını öz bayrağı altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırıb.
Rekord.az xəbər verir ki, bu barədə FIBA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, qərar Ukraynaya hərbi müdaxilə ilə əlaqədar verilib. Rusiya komandaları növbəti xəbərdarlığadək turnirlərdə iştirak edə bilməyəcəklər.
 
                 
                         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        